TBİLİSİ, 3 iyun. TELEQRAF

Zurab Pataradze ikinci müddətə Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsinə təyinat alıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Z.Pataradzenin Azərbaycandakı səfir postuna namizədliyini ölkə prezidentinə təqdim edib.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili təqdimatı təsdiqləyib.

Qərara əsasən, Z.Pataradze 1 iyun 2025-ci il tarixindən Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Z.Pataradze 2018-ci ilin avqustundan Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsini tutur. Onun səlahiyyət müddəti bu ilin iyunun 1-də başa çatıb.