BAKI, 12 mart. TELEQRAF

11 mart 2025-ci il tarixində Bakı Təsəbbüs Qrupunun ( BTQ) icraçı direktoru Abbas Abbasov BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasında iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə BTQ məlumat yayıb.

Abbas Abbasov, Fransa müstəmləkə siyasətinin zərər çəkmiş ərazilərdə ərzaq təhlükəsizliyinə təsirlərindən və sağlam qidaya əlçatanlığın olmamasından danışıb.

O qeyd edib ki, müstəmləkə idarəçiliyi yerli qida sistemlərini dağıdıb və əhalini xarici resurslardan asılı vəziyyətə qoyub. Mayot adasında uşaqların 80%-i yoxsulluq şəraitində yaşayır, Fransız Qvianasında isə bu göstərici 60%-dir ki, bu da ərzaq çatışmazlığını və qidalanma problemlərini daha da artırır.