
BAKI, 12 mart. TELEQRAF
Azərbaycan və Şimali Makedoniya arasında diplomatik və xidməti/rəsmi pasportlara malik şəxslərin vizadan azad edilməsi haqqında sazişi imzalanıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb
Sazişi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və şimali makedoniyalı həmkarı Timko Muçunski imzalayıblar.