
BAKI, 12 mart. TELEQRAF
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və şimali makedoniyalı həmkarı Timço Mutsunski arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Görüş zamanı nazirlər iki ölkə arasındakı ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edərək, yüksək səviyyəli səfərlərin və siyasi dialoqun tərəfdaşlığı daha da gücləndirməsindəki əhəmiyyətini vurğulayıblar.
Tərəflər, həmçinin enerji, turizm, ticarət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanlarını da müzakirə ediblər. XİN rəhbəri Ceyhun Bayramov öz həmkarını bölgədəki münaqişə sonrası vəziyyətlə bağlı məlumatlandırıb.
***
11:19
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və şimali makedoniyalı həmkarı Timço Mutsunski arasında təkbətək görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə XİN məlumat yayıb.