TBİLİSİ, 11 mart. TELEQRAF
“Gürcüstan gələcəkdə də regionda sülhün və rifahın təmin edilməsinə töhfə verməyə hazırdır”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Milli Məclisin sədri Sahibə Qafarova ilə keçirdiyi görüşdə deyib.
Tərəflər Cənubi Qafqaz regionunda sülhün və sabitliyin vacibliyini vurğulayıblar.
Görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq, birgə regional layihələr, iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.
Bu ilin yanvarında keçirilmiş Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının səmərəliliyi vurğulanıb. Əməkdaşlığın dərinləşməsində yüksək səviyyəli səfərlərin əhəmiyyətinə də diqqət yetirilib.
Tərəflər Orta Dəhlizin effektiv fəaliyyətinin təşviqini də müzakirə ediblər.