BAKI, 11 mart. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Qazaxıstan rəsmi səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ixtisaslaşmış qurumu olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru Berik Arın ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı Azərbaycan və ƏTİT arasında əməkdaşlığın genişləndirilməsi, xüsusilə qida təhlükəsizliyi problemlərinin birgə həll yollarının araşdırılması imkanları müzakirə edilib.

Azərbaycanın donor dövlət kimi beynəlxalq humanitar və inkişafa yardım proqramlarına mühüm töhfələr verdiyini vurğulayan nazir Ceyhun Bayramov, aktual qlobal qida təhlükəsizliyi kimi mühüm çağırışın həlli baxımından qarşılıqlı faydalı əməkdaşlığın təşviq edilməsinin vacibliyini diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov, həmçinin, qida təhlükəsizliyinin davamlı olaraq möhkəmləndirilməsinin Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindən biri olduğunu və bu strateji məsələnin daim diqqətdə saxlanıldığını bildirib.

Baş direktor Berek Aren Azərbaycanın qida təhlükəsizliyi proqramlarına verdiyi töhfələrə görə minnətdarlığını bildirərək, ölkəmizin İƏT çərçivəsində aktiv fəaliyyətini və regional qida təhlükəsizliyinin həllində mühüm rolunu yüksək qiymətləndirib.

Ölkəmizin COP29 sədrliyi zamanı əldə olunmuş nailiyyətlər xüsusilə qeyd edilib. İqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinə birbaşa təsirlərinin bu istiqamətə xüsusi əhəmiyyət verilməsinin zəruri olduğunu göstərdiyi vurğulanıb.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə yekunlaşıb və qida təhlükəsizliyi sahəsində əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti bir daha qeyd edilib.

Bununla yanaşı, ƏTİT-in fəaliyyəti barədə geniş təqdimat edilib.

***

12:43

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Qazaxıstan rəsmi səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ixtisaslaşmış qurumu olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru Berik Arın ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə Azərbaycan ilə İƏT arasında əməkdaşlığın gücləndirilməsi, qlobal qida təhlükəsizliyi məsələləri və ortaq təşəbbüslər vasitəsilə davamlı həllərin tapılması müzakirə edilib.

Nazir Bayramov, Azərbaycanın beynəlxalq humanitar yardım və inkişaf proqramlarına verdiyi töhfələri vurğulayaraq, ölkəmizin donor dövləti olaraq rolunu önə çəkib.

Görüşdə ölkələr arasında qarşılıqlı əlaqələrin və qlobal problemlərin həlli istiqamətindəki əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.