BAKI, 11 mart. TELEQRAF
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Müdafiə Nazirliyində dövlət naziri Vernon Kokerlə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov sosial şəbəkə hesabında bildirib.
Diplomat yazıb: “Birləşmiş Krallığın Müdafiə Nazirliyində Azərbaycan Prezidentinin köməkçisini səmimi qəbul etdiyiniz üçün təşəkkür edirik, cənab nazir!”