LƏNKƏRAN, 9 sentyabr. TELEQRAF
Dövlət Turizm Agentliyinin təşkilatçılğı ilə 9-10 sentyabr tarixlərində Lənkəran şəhərinə media nümayəndələri üçün 2 günlük mediatur təşkil olunub.
Teleqraf xəbər verir ki, mediaturun mediaturun əsas məqsədi Lənkəran şəhərinin turizm potensialının geniş şəkildə nümayiş etdirilməsi, mövcud turizm imkanları və məhsulları barədə ictimai məlumatlılığın artırılması, eləcə də şəhərin turizm istiqaməti kimi daha geniş auditoriyaya tanıdılmasıdır.