
BAKI, 12 mart. TELEQRAF
Jurnalist Ceyhun Əsgərovun durumu orta-ağır qiymətləndirilir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 10 mart tarixində saat 23:45 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisindən çağırış daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən 41 yaşlı şəxs (kişi cinsli) alkoqol intoksikasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub.
"Ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində davam etdirilir. Vəziyyəti orta-ağır qiymətləndirilir",- məlumatda bildirilib.
Qeyd edək ki, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu jurnalist Ceyhun Əsgərov bir müddət əvvəl sosial şəbəkələrdə status və səs yazısı paylaşaraq səhhətinin ağır olduğunu, ölüm təhlükəsi ilə üz-üzə qaldığını bildirib.