BAKI, 12 mart. TELEQRAF

Bu ilin yanvar-fevral aylarında istehlakçılara 230 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz çoxdur.

Ötən iki ayda alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlar alınmasına sərf olunub.