BAKI, 12 mart. TELEQRAF

"Yaxın vaxtlarda uşaq hüquqları ilə bağlı qanun layihəsini parlamentə təqdim edəcəyik".

Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisdə "Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, təqdim ediləcək layihədə uşaq hüquqlarına dair müddəalar öz əksini tapıb.

"Ümid edirəm ki, sözügedən layihə Milli Məclisdə qəbul olunacaq", - deyə Komitə rəsmisi bildirib.