
BAKI, 3 mart. TELEQRAF
Əmək hüquqları ilə bağlı Ombudsmana ünvanlanmış şikayətlərin məzmunu açıqlanıb.
Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Məruzədə qeyd olunur ki, əmək hüquqları ilə bağlı Ombudsmana ünvanlanmış şikayətlərdə qanunvericiliyin tələbləri pozulmaqla işdən azad edilmə, əmək haqqının və məzuniyyət pulunun vaxtında verilməməsi, əmək haqqı üzrə borcların və son haqq-hesabın ödənilməməsi kimi hallar öz əksini tapmışdır.
Vurğulanır ki, həmin şikayətlər üzrə aparılmış araşdırmalar zamanı pozulmuş əmək hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülüb, aşkar olunmuş pozuntu faktları ilə əlaqədar işəgötürənlərə icrası məcburi göstərişlərin verilməsi, habelə barələrində cərimə növündə inzibati tənbeh tədbirlərinin tətbiqi təmin edilmişdir.
Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.