BAKI, 3 mart. TELEQRAF

Gəncə şəhərində həyat yoldaşı tərəfindən balta və dəmir parçası ilə döyülən Humay Abdıyevanın son vəziyyəti açıqlanıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Gəncə Beynəlxalq Xəstəxanasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda xəsarət alan şəxs reanimasiya şöbəsindədir və vəziyyəti stabilə doğru gedir.

"Humay Abdıyeva sabah və ya birisi gün palataya köçürüləcək", - xəstəxanadan qeyd olunub.

Xatırladaq ki, hadisə fevralın 28-də Gəncədə baş verib. Elxan Abdıyev gecə saatlarında həyat yoldaşı, 1991-ci il təvəllüdlü Abdıyeva Humay Gəray qızının bədəninin müxtəlif yerlərinə balta və armaturla xəsarətlər yetirib.