BAKI, 21 fevral. TELEQRAF

Ötən gecədən bu gün saat 10:00-a qədər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə əlverişsiz hava şəraiti ilə əlaqədar 24 nəfərin (14-ü qadın, 10-u kişi cinsli olmaqla) müraciəti qeydə alınıb.

Bunu TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildiriblər.

Qeyd olunub ki, onlardan 23 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. 1 nəfər isə hospitalizasiyadan imtina edib.