BAKI, 9 fevral. TELEQRAF

İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Əmirqandakı villasının yanındakı meşəlik ərazinin bələdiyyə vəsaitləri hesabına müsadirə edildiyi üzə çıxıb.

Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mermerci ailəsinə aid olan 3040 kvadrat metrlik meşəlik ərazinin İstanbul bələdiyyəsi tərəfindən təcili olaraq müsadirə edilməsindən danışan ailənin vəkili Harun Tavşancıl yeni detallar açıqlayıb.

“İstanbul bələdiyyəsi müştərilərimin torpağını almaq üçün 152 milyon lirə (təxminən 7 milyon manat) təklif etdi. Qiymətlə razılaşmayan müştərilərim 180 milyon lirə (8 milyon manat) istədilər. Sonra məhkəmə bələdiyyənin təklifini 4 milyon lirə artırdı və 156 milyon 66 min türk lirəsi ilə tərəflər razılaşdılar.

Məlumatda qeyd olunur ki, meşəlik ərazi Əkrəm İmamoğlunun əmlak bəyannaməsindən gizlədildiyi 3 villasının düz yanında yerləşir. Bələdiyyə 3040 kvadratmetrlik torpaq sahəsini məclisin 22 iyul 2024-cü il tarixli qərarı ilə tələsik özgəninkiləşdirib.

Qeyd edildiyi kimi, bələdiyyə ilk olaraq torpağın müsadirə edilməsi üçün Mermerci ailəsinə 152 milyon lirə təklif edib. Lakin ailə bu təkliflə razılaşmayıb. Torpaq sahibi 180 milyon lirə istəyib. Bələdiyyə müsadirə qiymətinin müəyyən edilməsi üçün İstanbul Hüquq Məhkəməsində iddia qaldırıb. 3-4 il davam edən mübahisədən sonra bələdiyyə təklifini 4 milyon lirə artıraraq 156 milyon lirəyə çatdırıb.

İmamoğlunun Sarıyerdəki villaların dəyərinin 1,7 milyard lirə məbləğində olduğu bildirilir.

İmamoğlu bələdiyyə sədri seçiləndən sonra villaların ətrafı, o cümlədən yollar abadlaşdırılıb. İmamoğlu villaların ona deyil, ailəsinə məxsus "İmamoğlu İnşaat" şirkətinə məxsus olduğunu bildirib.