
BAKI, 21 fevral. TELEQRAF
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə ötən gecədən bu gün səhər saat 14:00 radələrinədək 20-si qadın, 12-si kişi olmaqla, 32 nəfərin müraciəti qeydə alınıb.
Bu barədə Teleqraf-a TƏBİB-dən bildirilib.
Onlardan 31 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən yalnız 1 nəfər hospitalizasiyadan imtina edib.
***
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 55 nəfər müraciət edib.
Teleqraf xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. 2 nəfərə cərrahi müalicə tətbiq olunub.