
BAKI, 14 fevral. TELEQRAF
ABŞ həbsxanasından azadlığa buraxılan rusiyalı Aleksandr Vinnikin olduğu təyyarə Moskvaya eniş edib.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti"yə onun vəkili Frederik Belot məlumat verib .
A.Vinnik ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Moskvanın Vnukovo hava limanına eniş edib.
Daha öncə Rusiya amerikalı Mark Fogeli azad edib.
Vinnik 2017-ci il iyulun 25-də ABŞ-nin tələbi ilə Yunanıstanda həbs edilib. İttihama görə, o, 2010-2011-ci illərdə 4 milyard dollardan çox vəsaitin yuyulmasını həyata keçirən dəstənin rəhbəri olub.
Vinnik ittihamları rədd edib.
ABŞ səfirliyinin keçmiş əməkdaşı Vogel isə 2021-ci il avqustun 14-də həyat yoldaşı ilə Nyu-Yorkdan gələn zaman Şeremetyevo hava limanında saxlanılıb. Baxış zamanı onlardan marixuana və həşiş yağı aşkar edilib.