.jpg)
BAKI, 21 fevral. TELEQRAF
Səhər saatlarından paytaxtda qardan təmizlik işləri davam edir. Təmizlik işləri gün ərzində davam edəcək.
Bunu Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Teleqraf-ın sorğusuna cavab olaraq bildiriblər.
Qeyd edilib ki, gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib. Səhər tezdən kommunal xidmətlərin əməkdaşları, işlərə cəlb olunan əlavə işçi qüvvəsi tərəfindən metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər obyektlərin, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə duz səpilməsi və digər təmizlik işlərini həyata keçirilir. Bununla əlaqədar paytaxtın müxtəlif ərazilərdə texniki duz toplanan məntəqələr yaradılıb.
Bildirilib ki, ümumilikdə bu işlərə 100-ə yaxın xüsusi texnika və 2000-dəb çox işçi qüvvəsi cəlb edilib.