BAKI, 21 fevral. TELEQRAF
Xətai rayonunda güclü külək səbəbindən qovaq ağacının aşması nəticəsində bir neçə avtomobilə ziyan dəyib.
Teleqraf xəbər verir ki, hadisə Gəncə prospekti 70 ünvanında baş verib.
Belə ki, park edilmiş 6 avtomobilin üzərinə aşan ağac onları zədələyib.
Hadisənin gecə saatlarında baş verdiyi bildirilir.
.jpg)