
BAKI, 21 fevral. TELEQRAF
Qarabağ Universitetində əvvəlki günlərlə müqayisədə davamiyyətdə heç bir azalma müşahidə edilməyib.
Bunu Teleqraf-a açıqlamasında təhsil ocağının mətbuat katibi Aytən Quliyeva bildirib.
“Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar tələbələrimizin davamiyyətində əvvəlki günlərlə müqayisədə heç bir azalma müşahidə edilmir və təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir”,- A.Quliyeva vurğulayıb.