BAKI, 18 fevral. TELEQRAF

Ortaq türk əlifbasının yaradılması hələlik mümkün deyil. Əgər bu baş tutarsa, ispan, ərəb dilləri kimi, hər kəsin müştərək danışdığı bir dil olacaq.

Bu sözləri türkiyəli tanınmış tarixçi alim, professor İlber Ortaylı Teleqraf-ın sualını cavablandırarkən deyib.

O bildirib ki, bu məsələyə Türk Dövlətləri Təşkilatındakı ölkələr qərar verəcəklər: "Amma hazırda Türkiyə, Azərbaycan və İranda yaşayan azərbaycanlılar da daxil olmaqla buna həssaslıqla yanaşan başqaları yoxdur. Vaxtilə Osmanlının tərkibində olan Suriya, İraq, Balkanlarda türkdillilər var. Onların sayı azdır. Hazırda 3 dil qrupundayıq: qıpçaq, oğuz və sibir. Sibirdə sayları çox azdır. Amma belə bir məsələ var ki, 100 milyona yaxın türk ortaq bir dilə uyğunlaşa bilər".