BAKI, 13 fevral. TELEQRAF

ABŞ rusiyalı məhbus Aleksandr Vinniki azadlığa buraxıb.

Teleqraf "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə onun vəkili Arkadi Bux məlumat yayıb.

"Vinnik hazırda Türkiyəyə uçur. O, daha sonra başqa bir təyyarə ilə Rusiyaya yola düşəcək" - vəkil deyib.

Vəkil onu da bildirdi ki, Vinnikin Moskva hava limanına gəlişi yaxın saatlarda gözlənilir.