BAKI, 15 sentyabr. TELEQRAF
Türkiyənin Azəbaycandakı səfiri Birol Akgün Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını düşmən işğalından azad etməsinin 108-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Azəbaycandakı səfirliyi "X" hesabında paylaşım olunub.
Mərasimdə Türkiyə səfirliyinin əməkdaşları, hərbi attaşelik, müşavirlər, aidiyyəti qurum və təşkilatların nümayəndələri iştirak ediblər.
Diplomat abidələrə əklil qoyub, şəhidlərin məzarlarına qərənfillər düzüb və Şəhidlik kitabını imzalayıb.