BAKI, 13 mart. TELEQRAF

"Bakı Qlobal Forumu olduqca vacibdir".

Teleqraf xəbər verir ki, bunu Albaniya Prezidenti Bayram Beqay XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

"Forum qeyri-müəyyənlik dövründə gələcəyə ümid yaradır. Pandemiya və münaqişələr dünyanı dəyişir və qeyri-sabitlik hökm sürür. Dünya həm siyasi, həm də iqtisadi tənəzzüllə üz-üzədir. Bəşəriyyət keçid dövründədir. Yeni çağırışlar yeni dünya sistemi üçün vacib sınaqdır. Biz sərhədlərimizi qorumalı, dünya sülhünə töhfə verməliyik. Problemlər çoxdur, qeyri-qanuni miqrasiya göstərir ki, sərhədlərimiz lazımi səviyyədə mühafizə olunmur".

Albaniya Prezidenti Azərbaycan-Albaniya münasibətlərindən də danışıb: "Bu əməkdaşlıq xalqlarımızın maraqlarına cavab verir. Biz dostlarımızla, o cümlədən Azərbaycanla gələcəyi birlikdə qura bilərik", - deyə prezident bildirib.