BAKI, 13 mart. TELEQRAF

"Azərbaycan olaraq biz dünyada cərəyan edən bütün məsələləri izləyirik".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

"Düşünürük ki, bu cür məsələlərin həllində çoxtərəfli diplomatiya vacibdir və biz bunu dəstəkləyirik. Qlobal Bakı Forumu bunun göstəricisidir. Cənubi Qafqaz böyük güclərin çəkişməsini əks etdirən bir məkandır. Bu region məhz həmişə geosiyasi toqquşmaların qarşısını almağa meyilli olub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə biz Cənubi Qafqazda Azərbaycan-Ermənistan müharibəsinə son qoyduq. Azərbaycan hazırda elə bir mərhələdədir ki, sülh danışıqları ilə bağlı müzakirələri üstün tutur", - Hikmət Hacıyev bildirib.