BAKI, 13 mart. TELEQRAF

"Qlobal Bakı Forumu hər il daha uğurlu olur, daha çox iştirakçı qatılır. XII Qlobal Bakı Forumu dünya həqiqətlərinin, yaşanan böhranların müzakirəsi baxımından əhəmiyyətlidir".

Teleqraf xəbər verir ki, bu sözləri Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü, NATO Parlament Assambleyasında Nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu deyib.

"Dünyanın ayrı-ayrı qitələrindən toplantıya qatılanlar var. Mən də onlardan biriyəm. Can Azərbaycan hansı tədbirə dəvət edərsə, orada iştirak etmək boynumuzun borcudur. XII Qlobal Bakı Forumunda iştirak etməkdən olduqca məmnunam", - o bildirib.

M.Çavuşoğlunun sözlərinə görə, bir azdan Azərbaycan Prezidenti İlham Əliyevin forumda açılış çıxışı olacaq: "Həyəcanla onu gözləyirik. Verəcəyi mesajlar önəmlidir".