BAKI, 13 mart. TELEQRAF

"Qlobal Bakı Forumu hər il daha da uğurlu keçirilir və proseslərə təsirini artırır".

Bunu Teleqraf-a açıqlamasında Çinin Tsingua Universitetinin “Schwarzman” Kollecinin dekanı David Pan deyib.

O bildirib ki, hər il forumda qonaqların sayında artım müşahidə edilir:

"Amerikadan, Çindən, demək olar ki, bütün qitələrdən qonaqlar Bakıya gəlir. Forumun ildən ilə əhəmiyyəti artır. Azərbaycana bir neçə dəfə gəlmişəm və hər dəfə xoş mənzərələrlə qarşılaşıram".

D.Pan qeyd edib ki, təhsil sahəsində Azərbaycan və Çin arasında əməkdaşlıq daha da artacaq:

"Azərbaycanla Çin arasında olduqca sıx əlaqələr var. Bu, bütün sahələri əhatə edir. Əlaqələrimiz qardaşlıq səviyyəsinə yüksəlir. Bu təhsil sahəsinə də sirayət edir. Bizim ölkədən tələbələr Bakıya, həmçinin Azərbaycandan olan gənclər Çinə səfər edir və təhsilini artırırlar. Təhsillə bağlı Azərbaycan - Çin arasında əməkdaşlıq daha da genişləndiriləcək".