BAKI, 13 mart. TELEQRAF

Qlobal Bakı Forumu ilə Antalya Diplomatik Forumu arasında işbirliyini gücləndirmək niyyətimiz var.

Teleqraf xəbər verir ki, bunu XII Qlobal Bakı Forumunda iştirak edən Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü, NATO Parlament Assambleyasında Nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

“Bu il IV Antalya Diplomatik Forumu həyata keçiriləcək. Hər il daha uğurlu və təsirli olur. Qlobal Bakı Forumu ilə Antalya Diplomatik Forumu arasında əməkdaşlığı gücləndirmək istəyirik. Azərbaycanlı həmkarlarımla bu barədə müzakirələr apardıq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Antalya Diplomatik Forumuna qatılacağı barədə məlumat aldım. Bu xəbərdən çox məmnun oldum”, - o bildirib.