
BAKI, 21 fevral. TELEQRAF
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti qardaş Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) dəvəti ilə Ankara şəhərinə səfər edib.
Teleqraf-a verilən xəbərə görə, YAP nümayəndə heyəti fevralın 23-də AK Partinin Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək VIII Böyük Qurultayında iştirak edəcək.
Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Nümayəndə heyətinə Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov daxildir.