![](https://teleqraf.az/storage/2025/02/11/715x378/1739284985466355613_1200x630.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 400-dən çox müəssisənin fəaliyyət göstərdiyi, artıq Ağdam Sənaye Parkındakı müəssisələrdə istehsal olunan məhsulların ixracına başlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fevralın 11-də Xankəndi şəhərində keçirilən növbəti iclasında məlumat verilib.
İclasda əlverişli iqlim mühitinə və coğrafi şəraitə malik Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar, sənaye və turizm sahələrinin inkişafı baxımından böyük imkanların olduğu qeyd edilərək, məskunlaşma prosesi ilə paralel olaraq, istehsal və emal, ticarət, xidmət, sənaye müəssisələrinin qurulduğu, müxtəlif iqtisadi fəaliyyət sahələrinin yaradıldığı, dövlətimizin başçısının sərəncamlarına uyğun olaraq ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün maliyyə resurslarına çıxış imkanlarının genişləndirildiyi, vergi və gömrük güzəştlərinin, həmçinin digər stimullaşdırıcı mexanizmlərin tətbiq olunduğu iclas iştirakçılarının diqqətinə çatdırılıb.