![](https://teleqraf.az/storage/2025/02/11/715x378/snat-4_(47547673571).jpg)
BAKI, 11 fevral. TELEQRAF
Fransa Senatında Azərbaycana qarşı “erməni xalqı və onun Qarabağa qayıtmaq hüququ” adlı bədnam konfrans keçirilib.
Teleqraf xəbər verir ki, təxribatçı təşəbbüsün müəllifi Fransa-Ermənistan parlamentlərarası dostluq qrupunun üzvü, senator Mari-Dou Eşlimandır.
Onun sözlərinə görə, tədbirin məqsədi Qarabağı əsas müzakirə mövzusuna çevirməkdir.
Konfransda Azərbaycana qarşı təxribatçı fəaliyyətləri ilə tanınan Beynəlxalq Cinayətlər Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampo da iştirak edib.
Bədnam konfransın əsas müzakirə mövzuları “Dağlıq Qarabağ ermənilərinin qayıdışı” və “Dağlıq Qarabağın tanınması” kimi provokativ məsələlər olub.