BAKI, 11 fevral. TELEQRAF

Ermənistan Azərbaycana konkret mexanizmlər təklif edir və bunları müzakirə etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Onun iddiasına görə, Ermənistanın məqsədi bölgədə sülhün bərqərar olmasıdır.

“Danışıqların dalana dirəndiyini düşünmürəm, sərhədlərin delimitasiya və demarkasiyası məsələsi üzərində fəal işləməyə davam edirik”, - Simonyan bildirib.

Həmçinin o qeyd edib ki, Azərbaycan üç aydır Ermənistanın təkliflərinə cavab vermir.

Erməni spiker Azərbaycana göndərilən təklifləri açıqlaya bilməyəcəyini söyləyib.