![](https://teleqraf.az/storage/2025/02/11/715x378/eff.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinə qarşı yox, Rusiyanın bu dəhlizə nəzarətinə qarşıdır.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
“Parlamentin sədri Alen Simonyan bu gün bəyan elədi ki, Ermənistan Azərbaycana ekstraterritorial dəhliz verməyəcək, amma Sünikdən (Zəngəzur) yüklərin maneəsiz keçməsini təmin etməyə hazırdır. Faktiki olaraq, Alen söyləyir ki, biz dəhlizin tərəfdarıyıq. Mən dəfələrlə demişəm ki, Paşinyan hökuməti dəhlizə yox, onun Rusiyanın nəzarətində olmasının əleyhinədir”, - ekspert bildirib.