BAKI, 11 fevral. TELEQRAF

Rusiya Cənubi Qafqazda sülh və bölgənin proqnozlaşdırıla bilən olmasını istəyir.

Teleqraf xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov keçirdiyi brifinqdə Ermənistan-Azərbaycan nizamlanması mövzusunu belə şərh edib.

“Əsas odur ki, Cənubi Qafqaz regionu proqnozlaşdırıla bilən, sülhsevər olaraq qalsın, ora tərəqqi və əməkdaşlıq ərazisinə çevrilsin”, - Peskov bildirib.

Kreml nümayəndəsi qeyd edib ki, Rusiya Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanmaya kömək etməyə hazırdır, həmçinin tərəflərin müstəqil addımlarını alqışlayır.