![](https://teleqraf.az/storage/2025/02/11/715x378/1720544545_img_5507.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Brifinqdə jurnalist Ermənistan parlamentinin sədri Alen Simonyandan niyə “Artsax” (ləğv edilmiş separatçı qurum – red.) yox, Qarabağ ifadəsindən istifadə etməsinin səbəbini soruşub.
Teleqraf xəbər verir ki, spiker reytinq xatirinə belə (saxta) ifadələr işlətməkdən qaçdığını və bunu etməyəcəyini söyləyib.
“Mən siyasətçiyəm, məsələn, mən başqa ölkənin vətəndaşlarının mənim şəhərlərimdən birini Azərbaycan adları ilə adlandırmasının əleyhinəyəm. Mən siyasətçi etikasını qorumalıyam. Sizcə, mən aktivistəm və reytinqimi artırmaq üçün xoş sözlər deməliyəm?”- Simonyan bildirib.
Xatırladaq ki, erməni spiker bundan əvvəl keçirdiyi brifinqdə jurnalistin müvafiq sualına cavabında ən doğru ifadənin Qarabağ olduğunu demişdi.