![](https://teleqraf.az/storage/2025/02/11/715x378/stbasilatnight-1000x750.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Azərbaycan və Ermənistan sülh prosesini ikitərəfli qaydada tamamlamağa qadirdir.
Teleqraf xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə Ermənistan parlamentinin spikeri Alen Simonyanın bəyanatını belə şərh edib.
“Müxtəlif səviyyələrdə İrəvandan bəyanatlar eşidirik ki, vasitəçilərə ehtiyac yoxdur. İndi həm İrəvan, həm də Bakı bu proses yekunlaşana qədər danışıqları ikitərəfli qaydada davam etdirməyə qadirdir.
Biz əlimizdən gələn hər cür yardımı göstərməyə hazır olsaq da, onların müstəqil səylərini alqışlayacağıq”, - Rusiya rəsmisi deyib.
Xatırladaq ki, Simonyan bundan əvvəl Rusiyanın nizamlanmada iştirakının keçmiş təcrübələrin “pis xatirələri” səbəbindən çətin olduğunu söyləmişdi.