BAKI, 11 fevral. TELEQRAF

Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanınmasının öncülü Rusiya Federasiyasının Prezidenti Vladimir Putindir.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Noyabrın 10-dan bir neçə gün sonra Rusiya Prezidenti Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan elədi, dekabrın 11-də isə bunu təkrarlayan video “İctimai” televiziyada yayımlandı. Ermənistanı belə bir şeydə ittiham etmək qaçış taktikasıdır”, - spiker bildirib.