İsrail Qəzza zolağında əməliyyatın əsas məqsədləri ilə bağlı ABŞ-la razıdır, lakin tərəflər onlara nail olmağın yollarını fərqli görür.

Teleqraf.com xəbər veri ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Amerikanın "Fox News" telekanalına müsahibəsində deyib.

“Biz ABŞ -la İsrailin Qəzza zolağındakı əməliyyatının əsas məqsədləri barədə razıyıq, lakin onlara necə nail olacağımız barədə razılaşmırıq. İsrail qərarlar verməlidir”, - İsrailin baş naziri qeyd edib.

Netanyahu həmçinin deyib ki, ölkə qələbəyə yaxındır. Onun sözlərinə görə, İsrailin təhlükəsizliyi "terrorçular ordusu"nun məhv edilməsindən asılıdır.