GƏNCƏ, 24 sentyabr. TELEQRAF

Gəncədə 35 yaşlı kişi kəsici alətlə xəsarət alıb.

Teleqraf-ın Qərb bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Tural Allahverdiyev bədəninin müxtəlif nahiyələrindən aldığı xəsarətlərlə Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.