BAKI, 24 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə İran ətrafındakı vəziyyəti müzakirə etməyi planlaşdırdığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Tramp jurnalistlərin Si Cinpinlə İranla bağlı məsələləri müzakirə edib-etməyəcəyi barədə sualına cavabında bildirib ki, görüşdə bu və bir çox başqa mövzulara toxunulacaq.

“Mən bu və bir çox başqa məsələ barədə danışacağam. Amma hər şey lazım olduğu kimi gedir, o cümlədən bu məsələ də”, - ABŞ Prezidenti deyib.

Qeyd edək ki, Si Cinpin sentyabrın 23-də dövlət səfəri ilə ABŞ-yə gəlib. Donald Tramp Çin liderini Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında təyyarənin trapında qarşılayıb.

Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Si Cinpinin ABŞ-yə dövlət səfəri sentyabrın 25-dək davam edəcək.