BAKI, 23 sentyabr. TELEQRAF
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan-Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyəti nəzərdən keçirilib, iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun əhəmiyyəti vurğulanıb.
Tərəflər, həmçinin beynəlxalq platformalarda milli maraq doğuran məsələlər üzrə qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
İlkin mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi