BAKI, 23 sentyabr. TELEQRAF

“Səudiyyə Ərəbistanı və Azərbaycan arasındakı münasibətlərin tarixi 1991-ci ildən başlayır. İki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin baş tutması sayəsində hazırda müxtəlif sahələrdə əhəmiyyətli inkişaf müşahidə olunur”.

Teleqraf xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh el-Cuteyli Səudiyyə Ərəbistanı Krallığının Milli Gününün 96-cı ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

O bildirib ki, hazırda Birgə Hökumətlərarası Komissiya və İşgüzar Şura vasitəsilə ticarət və investisiya mübadiləsinin həcminin artırılması istiqamətində işlər görülür:

“Həmçinin siyasi sahədə də siyasi məsləhətləşmələr komissiyası vasitəsilə iki ölkənin və xalqların ortaq maraqlarına xidmət edən koordinasiya mövcuddur. Qarşıdakı dövrdə, Səudiyyə Ərəbistanı və Azərbaycan arasında investisiya və ticarət dövriyyəsinin həcmini qısa bir müddət ərzində iki dəfə artıracaq bir çox ortaq imkanlar mövcuddur".