BAKI, 23 sentyabr. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın təşkil etdiyi qəbulda iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, qəbul Azərbaycan–ABŞ tərəfdaşlığının inkişaf etdiyi bir dövrə təsadüf edir.

XİN paylaşımında 8 avqust Vaşinqton Zirvə Görüşündən və Strateji Sazişin imzalanmasından sonra iki ölkə arasında tərəfdaşlığın daha da gücləndiyi vurğulanıb.