BAKI, 23 sentyabr. TELEQRAF
Cari ildə Çin və Azərbaycan arasında ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir.
Teleqraf xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin-Azərbaycan əməkdaşlığı xalqlara fayda gətirir:
“Azərbaycan və Xəzər dənizindən keçən Çin-Avropa dəmir yolu ekspressi vasitəsilə daşımaların həcminin cari ildə iki dəfə artacağı gözlənilir”.
Lu Mey əlavə edib ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Çində Qlobal Dayanıqlı Nəqliyyat Forumunda iştirak edib və Çin ilə Azərbaycan arasında beynəlxalq avtomobil daşımaları haqqında Hökumətlərarası Saziş imzalanıb.