BAKI, 24 sentyabr. TELEQRAF

Ukraynanın hava hücumundan müdafiə sistemləri Rusiyanın yeni pilotsuz uçuş aparatları (PUA) qarşısında ciddi çətinliklərlə üzləşir.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” Ukrayna Silahlı Qüvvələrinin hərbçisinə istinadən məlumat yayıb.

Ukraynanın mobil qruplarından birində daşınan zenit-raket kompleksinin operatoru agentliyə bildirib ki, yeni Rusiya dronlarını vurmaq onlar üçün faktiki olaraq mümkün deyil.

“Reuters” qeyd edir ki, yeni PUA-lar yüksək sürətlə hərəkət edir və böyük hündürlükdə uçur. Agentliyin məlumatına görə, bu xüsusiyyətlər dronlarla qanadlı raketlər arasındakı fərqi getdikcə azaldır.

Bundan əvvəl “Financial Times” qəzeti də Rusiyanın “Geran-5” reaktiv pilotsuz uçuş aparatları ilə bağlı oxşar qiymətləndirmə yayıb.