BAKI, 24 sentyabr. TELEQRAF
Çin və ABŞ dinc yanaşı yaşamağa imkan verəcək düzgün yol müəyyən etməlidir.
Teleqraf xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ-yə dövlət səfərinin ilk günündə yayımlanan yazılı müraciətində bildirib.
“İki tərəf Çin və ABŞ kimi iki böyük dövlətin dinc yanaşı yaşadığı yeni dövrə aparan düzgün yolu müəyyən etməlidir”, – Çin lideri qeyd edib.
Si Cinpin ABŞ Prezidenti Donald Trampla iki ölkə arasındakı münasibətlər və dünyadakı vəziyyətlə bağlı mühüm məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparacağına ümid etdiyini bildirib.
Çin lideri, həmçinin Pekin və Vaşinqton arasında strateji sabitliyə əsaslanan konstruktiv münasibətlərin inkişaf etdirilməsinin, eləcə də bütün sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Si Cinpin sentyabrın 23-də dövlət səfəri ilə ABŞ-yə gəlib. Donald Tramp Çin liderini Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında qarşılayıb.
Si Cinpinin ABŞ-yə dövlət səfəri sentyabrın 25-dək davam edəcək.