BAKI, 24 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp dövlət səfəri ilə ölkəyə gələn Çin Xalq Respublikasının Sədri Si Cinpini təyyarənin pilləkənləri qarşısında qarşılayıb.

Teleqraf xəbər verir ki, Çin liderinin təyyarəsi sentyabrın 23-də ABŞ-yə enib. Qarşılama mərasimi üçün qırmızı xalça sərilib, ABŞ hərbçiləri fəxri qarovul düzülüşündə dayanıblar.

Tramp və Si Cinpin əl sıxaraq bir neçə dəqiqə söhbət ediblər. Mərasim zamanı Çin və ABŞ-nin dövlət himnləri səsləndirilib, artilleriya yaylım atəşi açılıb. Hərbi bazanın üzərindən ABŞ hərbi təyyarələri, o cümlədən B-1 bombardmançıları uçub.

Donald Tramp və birinci xanım Melaniya Tramp Si Cinpin və həyat yoldaşı Pen Liyuanı avtomobilədək müşayiət ediblər.

Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Si Cinpinin ABŞ-a dövlət səfəri sentyabrın 23-dən 25-dək davam edəcək.