BAKI, 23 sentyabr. TELEQRAF
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə ikitərəfli gündəliyin aktual məsələləri, regional və beynəlxalq təhlükəsizlik mühitində baş verən proseslər, eləcə də sülh və sabitliyin təşviqi perspektivləri müzakirə olunub.
Nazirlər davam edən geosiyasi proseslər, beynəlxalq hüququn prinsiplərinə riayət edilməsinin əhəmiyyəti və münaqişələrin həllində konstruktiv dialoqun rolu barədə fikir mübadiləsi aparıblar.
Tərəflər təhlükəsizlik çağırışlarının həlli və davamlı sülhün təmin olunmasında çoxtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.