BAKI, 24 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigeslə görüşündə bu ölkədən ABŞ-yə neft tədarükünün davam etdirilməsinin vacibliyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Nyu-Yorkda BMT Baş Assambleyasının tədbirləri çərçivəsində keçirilən təxminən 15 dəqiqəlik görüşdə Tramp Venesuela ilə yaxşı münasibətlərin qorunmasının, neft tədarükünün davam etdirilməsinin və ölkədə seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb.

ABŞ Prezidenti seçkilərin keçirilməsi üçün konkret tarix göstərməyib. Mənbələrin bildirdiyinə görə, Tramp Rodrigesə seçkilərin gələcəkdə keçirilməli olduğunu çatdırıb.

Görüşdə ABŞ dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent və Ağ Evin digər yüksəkvəzifəli rəsmiləri də iştirak ediblər. “Axios”un məlumatına görə, Rodriges də seçkilərin keçirilməsini istədiyini bildirib.