NAXÇIVAN, 23 sentyabr. TELEQRAF

Naxçıvanda vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə pul vəsaitləri mənimsəyən şəxs saxlanılıb.

Teleqraf-ın Naxçıvan bürosu xəbər verir ki, keçirilən tədbirlərlə bir neçə şəxsə övladlarının müxtəlif idman normativlərindən uğurla keçməsinə köməklik göstərəcəyini vəd edərək aldadan Əmrah Nağıyev həbs olunub.

Araşdırmalarla onun müxtəlif vətəndaşları eyni üsulla aldadaraq onlardan ümumilikdə 10 min manata yaxın pul aldığı müəyyən edilib.

Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib .

Hazırda şəxsin digər analoji əməllərinin olub-olmaması və dələduzluqdan zərərçəkənlərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.